Azərbaycan Türkiyə Şuşa Gürcüstan

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib (FOTO/VİDEO)

BAKI,TurkicWorld

Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib, protokol imzalanıb.

Oktyabrın 2-də təşkil olunan görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.

Şuşada keçirilən görüş üç ölkənin müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü olub.

Görüşün yekununda Zakir Həsənov, Yaşar Güler və İrakli Çikovani tərəfindən 13-cü üçtərəfli görüşün protokolu imzalanıb.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər