Bakı. TurkicWorld:
Küveyt Müdafiə Nazirliyi ölkənin hava məkanında son sutka ərzində 14 raket və 12 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin yazılı açıqlamasında qeyd olunub.
Bildirilib ki, vurulan raket və PUA-ların qalıqları bəzi ərazilərdə maddi ziyana səbəb olub. Hücum vasitələrinin hansı ərazidən buraxıldığı barədə məlumat verilməyib.







