Son dəqiqə

XİN İsrail İran hücumu İsrail-İran atəşkəsi İsrail-İran münaqişəsi İsrail: İran mənşəli SMS hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib İsrail–İran qarşıdurması fonunda Livanda yeni hərbi zərbə İsrail–İran gərginliyi: Tehran genişmiqyaslı müharibə mesajı verdi

XİN İsraildə olan vətəndaşlarımıza çağırış edib

Bakı, TurkicWorld

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

[email protected]

+972 54 539 77 88

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər