Son dəqiqə

İsrail İran hücumu İsrail-İran atəşkəsi İsrail-İran münaqişəsi İran–İsrail müharibəsindən sonra bölgədə gərginlik artır — İran yeni təlim keçirir İsrail: İran mənşəli SMS hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib İsrail İranla əlaqəli kiberəməliyyatlar barədə xəbərdarlıq edib İsrail–İran qarşıdurması fonunda Livanda yeni hərbi zərbə İsrail–İran gərginliyi: Tehran genişmiqyaslı müharibə mesajı verdi ABŞ və İsrail İran danışıqlarını dəyərləndirir

İsrail-İrandan sonra, İraq da hava məkanını bağlayıb

Bakı, TurkicWorld

İran-İsrail arasında yaşanan gərginlik fonunda qonşu dövlət olan İraq hava məkanını bağlayıb.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın Nəqliyyat nazirliyi bəyanat yayıb.

İraqın şimalında yerləşən Ərbil Beynəlxalq Hava Limanında bütün mülki hava gəmilərini uçuşu və enişinə qadağa qoyulub.

Qeyd edək ki, bundan əvvəl İsrail və İran hökumətləri oxşar şəkildə hava məkanının bağlanması ilə bağlı qərar çıxarmışdı.

Onu da qeyd edək ki, bir neçə gün əvvəl Cenevrədə Tehranın nüvə proqramı ilə bağlı böhranın nizamlanması ilə bağlı ABŞ-İran arasında aparılan danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Fevralın 28-də səhər saatlarında İsrail İrana hava zərbələri endirməyə başlayıb. İsrailin Müdafiə Naziri bu zərbələrin qabaqlayıcı xarakter daşıdığını qeyd edib.

Mövzuya görə xəbərlər