Son dəqiqə

Avropa İttifaqı Rusiya Bolqarıstan Dmitri Peskov Moskva Avropa Komissiyası Ursula von der Leyen Kreml

Avropa Komissiyasının rəhbərinin təyyarəsində olan problemlə Rusiyanın əlaqəsi yoxdur - Peskov

BAKI,TurkicWorld, Fərid Mikayılov

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin Bolqarıstana səfəri zamanı təyyarənin enişi ərəfəsində baş verən naviqasiya sistemindəki nasazlığa Rusiyanın müdaxilə etməsi ilə bağlı iddiaları rədd edib.

TurkicWorld xəbər verir ki, Kreml rəsmisi vurğulayıb ki, Moskvaya qarşı bu kimi əsassız iddialar qəbuledilməzdir.

“Sizin məlumatınız doğru deyil”- deyə Peskov bildirib.

Xəbərdə qeyd olunur ki, 31 avqustda von der Leyeni daşıyan təyyarə Bolqarıstandakı hava limanına yaxınlaşarkən naviqasiya sistemi sıradan çıxıb. Pilot təxminən bir saat hava limanı üzərində dövrə vurduqdan sonra təyyarəni kağız xəritələrdən istifadə edərək manual qaydada endirib.

Qeyd edək ki, Avropa İttifaqı rəsmiləri hadisədə Rusiyanın elektron müdaxiləsini ehtimal etsələr də, bu iddianı təsdiqləyən sübut təqdim edilməyib. Kreml isə məsuliyyəti qəti şəkildə rədd edir.

Mövzuya görə xəbərlər