İsrail Avropa İttifaqı Qəzza zolağı Qəzza Kaya Kallas Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya

Aİ İsrailin Qəzzada hərbi əməliyyata başlamasını şərh etməyə hazır deyil - Kallas

BAKI, TurkicWorld, Səməd Əyyubov

Avropa İttifaqı (Aİ) İsrailin Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyata başlaması qərarını şərh etməyə hazır olmadığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ-nin ali diplomatik nümayəndəsi Kaya Kallas Kopenhagendə keçirilən Aİ-nin qeyri-rəsmi nazirlər görüşünün ilk gününün yekunlarına dair mətbuat konfransında danışıb.

“Biz bu barədə indi məlumat aldıq. Hazırda bunu şərh etməyə hazır deyiləm” – deyə, Kallas bildirib.

Xatırladaq ki, iyulun sonunda İsrail ordusu Qəzza şəhərində və digər bölgələrdə hər gün “taktiki hərbi fəaliyyətin dayandırılması” barədə qərar elan etmişdi. Məqsəd BMT və qeyri-hökumət təşkilatlarının (QHT) karvanlarının təhlükəsiz hərəkətini təmin etmək idi.

İsrail ordusu isə cümə günü bəyan edib ki, “humanitar səylərə dəstək verməyə davam edəcək, eyni zamanda quru manevrlərini və terror təşkilatlarına qarşı əməliyyatlarını da sürdürəcək.”

Qəzza Mülki Müdafiə Xidməti cümə günü açıqlama yayaraq, səhər saatlarından etibarən zolaqda 33 nəfərin həlak olduğunu bildirib.

Beynəlxalq və yerli təzyiqlərin müharibəni dayandırmaq çağırışlarına baxmayaraq, İsrail ordusu cümə axşamı bildirib ki, qüvvələri “Qəzza zolağının bütün ərazilərində əməliyyatlarını davam etdirir.”

Çərşənbə günü isə ordunun başqa bir açıqlamasında Qəzza şəhərinin sakinlərinin köçürülməsinin “qaçılmaz” olduğu vurğulanmışdı. Avqustun əvvəlində İsrail hökuməti şəhərə tam nəzarəti ələ keçirmək planını təsdiqləmişdi.

Mövzuya görə xəbərlər