Avropa İttifaqı Rusiya Ukrayna Avropa sanksiya Kaya Kallas sanksiyaların fəsadları

Aİ ölkələri Rusiyaya qarşı 19-cu sansksiya paketinin tətbiqini müzakirə edəcəklər

BAKI, TurkicWorld, Səməd Əyyubov

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiya paketini avqustun 28–dən 30-dək Brüsseldə keçiriləcək qeyri-rəsmi görüşdə müzakirə edəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Kaya Kallas fövqəladə onlayn sammitdən sonra “X” sosial şəbəkəsində məlumat yayıb.

“Rusiyaya qarşı yeni sanksiyalar paketi gələn aya qədər hazır olmalıdır. Mən bu məsələni gələn həftə keçiriləcək Aİ-nin xarici işlər və müdafiə nazirlərinin görüşünün gündəliyinə daxil etmişəm” – deyə, Kallas qeyd edib.

Daha əvvəl verilən açıqlamalarda bildirilmişdi ki, 19-cu paket Ukrayna ilə bağlı diplomatik təşəbbüslərdən asılı olmayaraq avqustun 28–30-da nazirlərin müzakirəsinə təqdim ediləcək.

Mövzuya görə xəbərlər