Son dəqiqə

ABŞ Rusiya Ukrayna Vladimir Putin Donald Tramp Alyaska Rusiya Ukrayna müharibəsi Vaşinqton üçtərəfli görüş

Tramp Rusiya və Ukrayna ilə üçtərəfli sammit ideyasına açıqdır

BAKI, TurkicWorld, Səməd Əyyubov

ABŞ Prezidenti Donald Tramp, Rusiyanın və Ukraynanın iştirakı ilə Alyaskada üçtərəfli sammit keçirmə ideyasına açıq olduğunu bildirib. Lakin, hazırda ABŞ tərəfi Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün hazırlıqlarını aparır.

TurkicWorld xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Ev mənbəsinə istinadən məlumat yayıb.

Xatırladaq ki, Tramp avqustun 15-də Putinlə Alyaskada görüşməyi planlaşdırdığını açıqlamışdı. Daha sonra bu planı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Onun sözlərinə görə, Putin və Tramp “şübhəsiz ki, Ukrayna böhranının sülh yolu ilə həlli variantlarının müzakirəsinə diqqət yetirəcəklər." Uşakov əlavə edib ki, Kremlin gözləntisinə görə, Alyaskadakı danışıqlardan sonra iki prezidentin növbəti görüşü Rusiyada keçiriləcək.

Mövzuya görə xəbərlər