Son dəqiqə

ABŞ Donald Tramp İlon Mask

Tramp hesab edir ki, onun Maskla dostluq münasibəti başa çatıb

BAKI, TurkicWorld

ABŞ Prezidenti Donald Trump, İlon Maskla olan dostluq münasibətlərinin başa çatdığını düşünür.

TurkicWorld xəbər verir ki, Tramp bu barədə NBC News kanalına verdiyi müsahibədə bildirib.

"Belə düşünürəm, bəli. Gələcəkdə Maskla əlaqə saxlamağı planlaşdırmıram" - deyə Tramp bildirib.

"Çox işim var. Onunla danışmağa niyyətim yoxdur" - deyə, o əlavə edib.

ABŞ prezidenti, həmçinin, Maskın prezidentlik institutuna qarşı hörmətsiz münasibətini vurğulayıb.

Mövzuya görə xəbərlər