Son dəqiqə

ABŞ Rusiya Dmitri Peskov Donald Tramp İlon Mask Kreml

Rusiya, Trump və Maskın mübahisəsinə müdaxilə etməyəcəyini açıqlayıb

BAKI, TurkicWorld

Rusiya, ABŞ Prezidenti Donald Tramp ilə İlon Mask arasında yaranan mübahisəyə müdaxilə etməyi planlaşdırmır.

TurkicWorld xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, ABŞ-ın daxili məsələsidir. Biz heç bir şəkildə buna müdaxilə etməyi düşünmürük" - deyə o vurğulayıb

Qeyd edək ki, bir gün əvvəl Tramp və Mask sosial şəbəkələrdə sərt ittihamlarla mübadilə ediblər. Mask, Trampın 2024-cü ilin noyabr seçkilərində qalib gəlməsində öz dəstəyinin mühüm rol oynadığını bildirib.

Mask, həmçinin Ağ Ev tərəfindən təqdim edilən dövlət xərclərinin azaldılması qanun layihəsini tənqid edib, prezidentin tətbiq etdiyi idxal rüsumlarını da pisləyib və 2025-ci ilin ikinci yarısında ABŞ iqtisadiyyatının tənəzzülə uğrayacağını proqnozlaşdırıb.

Tramp isə cavab olaraq, Maskın hökumət işlərinin səmərəliliyini artırmaq üçün rəhbərlik etdiyi idarənin işini effektiv şəkildə yerinə yetirmədiyini və Maskın "dəli olduğunu" bildirib. O, Maskın şirkətləri ilə dövlət müqavilələrini ləğv edəcəyini açıqlayıb.

Mövzuya görə xəbərlər