Son dəqiqə

ABŞ Rusiya Dmitri Peskov Donald Tramp Kreml

Kreml Trampın bəyanatlarını diqqətlə izləyir - Peskov

BAKI, TurkicWorld

Rusiya ABŞ Prezidenti Donald Trampın verdiyi bəyanatları diqqətlə izləyir və onlara təmkinlə yanaşır.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Əlbəttə ki, biz Trampın dediyi hər sözə, etdiyi hər vurğuya diqqətlə baxırıq. Amma biz təmkinlə cavab verməliyik. Bizim üçün ən vacib olan milli maraqlarımızdır və bu maraqlar çərçivəsində Rusiya-ABŞ ikitərəfli münasibətlərinin bərpasını davam etdirməkdir” - deyə, Peskov bildirib.

Mövzuya görə xəbərlər