Son dəqiqə

ABŞ Rusiya Vladimir Putin Stiven Uitkoff

Putin və Uitkoff arasındakı danışıqlarda irəliləyiş müşahidə edirik - Rusiya rəsmisi

BAKI, TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında aparılan danışıqlarda irəliləyiş müşahidə olunur.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondu rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.

“Rusiya Prezidenti Vladimir Putinlə Stiven Uitkoff arasında Moskvada aparılan danışıqlarda irəliləyişə nail oluruq”, – deyə Dmitriyev bildirib.

Qeyd edək ki, Putinlə Uitkoffun görüşü üç saat davam edib. Bu, son iki həftə ərzində onların ikinci, ilin əvvəlindən isə dördüncü görüşüdür. Sonuncu görüş aprelin 11-də Sankt-Peterburqda baş tutmuş və dörd saatdan çox çəkmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, müzakirə olunan məsələlərin sayı çoxdur, mövzu kifayət qədər mürəkkəbdir, buna görə də söhbətlər adətən xeyli uzun olur.

Mövzuya görə xəbərlər