BAKI, TurkicWorld
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vyetnam və Çin hökumətləri guya ABŞ-a zərər vurmağın yollarını müzakirə edirlər.
TurkicWorld xəbər verir ki, bu fikirləri o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Trampdan Çin Xalq Respublikasının sədri Si Cinpinin Vyetnamın pataxtı Hanoya etdiyi dövlət səfəri barədə fikri soruşulub. O, belə cavab verib:
“Mən nə Çin, nə də Vyetnamı ittiham etmirəm. Bu gün keçirilən görüşü izlədim. Çox gözəl görüş idi. Amma bu görüş elə təəssürat yaratdı ki, sanki “ABŞ-ı necə çətin vəziyyətə sala bilərik” sualı ətrafında müzakirə aparılırdı” - deyə, Tramp bildirib.
Qeyd edək ki, görüşlərin nəticəsində iki ölkə arasında sənaye, texnologiya, müdafiə və logistika daxil olmaqla 45 əməkdaşlıq sazişi imzalanıb.