Son dəqiqə

İran ABŞ Donald Tramp Vaşinqton Cey Di Vens

İranla razılaşma əldə etmək üçün imkan qalır - Cey Di Vens

BAKI,TurkicWorld

ABŞ vitse-prezidenti Cey Di Vens İran rəhbərliyinin Vaşinqton qarşısında götürdüyü öhdəliklərə əməl edəcəyi təqdirdə Tehranla razılaşmanın hələ də mümkün olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, jurnalist Vins Kolyaneziyə müsahibə verən Vens prezident Donald Trampın İranla razılaşmanın mümkünlüyünü istisna etmədiyini deyib. Onun sözlərinə görə, bunun üçün İran tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Vens bildirib ki, ABŞ İranla danışıqlarda verilən bəyanatlardan daha çox konkret addımlara əhəmiyyət verəcək. O, bu yanaşmanın qarşıdakı bir neçə ay ərzində Vaşinqtonun Tehranla danışıqlarının əsasını təşkil edəcəyini qeyd edib.

ABŞ və İran arasında münasibətlərdə nüvə proqramı, sanksiyalar və tərəflərin qarşılıqlı öhdəlikləri əsas mübahisə mövzuları sırasında qalır. Əvvəlki danışıqlarda da İranın nüvə fəaliyyəti və tərəflərin öhdəliklərinin icrası ilə bağlı fikir ayrılıqları qeydə alınıb.

Mövzuya görə xəbərlər