BMT Rusiya Ukrayna Vladimir Putin Antonio Quterreş

Ukraynanın qanuni hökümətinə hörmət edilməlidir - BMT

BAKI, TurkicWorld

Ukraynada qanuni seçilmiş hökumətə hörmət göstərilməlidir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada müvəqqəti administrasiya yaradılması təklifini şərh edərkən deyib.

Quterreş, BMT nümayəndələrinin Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarını izlədiyini qeyd edib. Lakin o, BMT-nin bu danışıqlarda birbaşa iştirak etmədiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl Putin BMT, ABŞ və Avropa ölkələrinin himayəsi altında Ukraynada müvəqqəti administrasiya yaradılmasını təklif etmişdi. Putin, belə bir addımın seçkilərin keçirilməsinə və vətəndaşların etibar etdiyi bir hökumətin hakimiyyətə gəlməsinə imkan yaradacağını, Moskvanın da bu hökumətlə danışıqlar aparmağa imkan tapacağını bildirmişdi.

Rusiya Prezidenti əlavə edib ki, bu mexanizm beynəlxalq təcrübə tərəfindən qəbul edilir. Onun sözlərinə görə, belə presedentlər Şərqi Timor, Yeni Qvineya və keçmiş Yuqoslaviyanın bəzi bölgələrində mövcud olub.

Mövzuya görə xəbərlər