Son dəqiqə

BMT Livan Yaxın Şərq İnsan hüquqları atəşkəs Məcburi köçkünlər humanitar vəziyyət Folker Türk

Livanda təkrar köçkünlük insanlar arasında ümidsizlik və yorğunluq yaradıb - BMT rəsmisi

BAKI,TurkicWorld,Yusif Şərifzadə

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk bildirib ki, İsrailin bombardmanları nəticəsində Livanda çox sayda insan dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb və bu, əhali arasında dərin yorğunluq, ümidsizlik və gələcəklə bağlı narahatlıq yaradıb.

TurkicWorld xəbər verir ki, Folker Türk bu fikirləri Al Jazeera telekanalına müsahibəsində səsləndirib. O bildirib ki, bir çox livanlı əvvəlcə 2024-cü ildə, daha sonra isə 2026-cı ildə yenidən evlərini tərk etməyə məcbur olub.

Türkün sözlərinə görə, bölgədə insanların gələcəklə bağlı ciddi narahatlıq keçirdiyi hiss olunur. O qeyd edib ki, görüşdüyü şəxslərdən biri dörd gün əvvəl öz evinə qayıtmağa cəhd etsə də, kəndinə daxil olmasına icazə verilməyib. Həmin şəxs kəndinin gözləri qarşısında dağıdıldığını gördüyünü bildirib.

BMT rəsmisi vurğulayıb ki, atəşkəs qüvvədə qalmalıdır. Onun fikrincə, insanların normal həyatlarına qayıtması və qonşuları ilə sülh şəraitində yaşaması üçün sabitliyin qorunması vacibdir.

İsrail tərəfi Folker Türkun bu açıqlamaları ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.

Mövzuya görə xəbərlər