Fələstin İsrail Livan Qəzza

İsrail Qəzzanı yenidən bombaladı

Bakı, TurkicWorld

İsrail ordusunun bu gecə Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda ən azı 35 fələstinlinin həyatını itirdiyi, çoxlu sayda insanın isə yaralandığı bildirilib.

TurkicWorld AzerVoice - ə istinadən xəbər verir ki, İsrail ordusunun Xan Yunisin Beni Süheyla qəsəbəsində Əbu Dib ailəsinə məxsus evi hədəf alması nəticəsində 7 nəfərin öldüyü bildirilib.

İsrail qüvvələrinin Rəfahın şərqindəki Misbah bölgəsində Cabir ailəsinin evinə təşkil etdiyi hücumda 10 nəfərin, Beyt Lahiyənin qərbindəki Es-Sultan rayonunda bir evin hədəfə alınması nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilib.

İsrailin hücumları nəticəsində çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, Yanvarın 19-da qüvvəyə minən atəşkəsi pozan İsrail ordusu dünən Qəzza zolağına yenidən şiddətli hücuma keçib.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal, İsrail ordusunun 18 mart səhərindən bu gecəyə qədər Qəzza zolağına həyata keçirdiyi hava hücumlarında əksəriyyəti qadın və uşaq olan 470-dən çox fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Mövzuya görə xəbərlər