Bakı, TurkicWorld
ABŞ prezidenti Donald Trampın Venesuela mafiası ilə bağlı miqrantları deportasiya etmə qərarı məhkəmə tərəfindən dayandırıldı.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Trampın Venesuela mənşəli "Tren de Aragua" mafiası ilə əlaqəli miqrantların sürətli deportasiyasını həyata keçirmək üçün yalnız müharibə dövrlərində istifadə edilən 1798-ci ildə qəbul edilmiş "Yad Düşmənlər Qanunu"nu yenidən tətbiq etməyə çalışıb. Lakin onun bu qərarı, eyni gün federal məhkəmə tərəfindən müvəqqəti dayandırılıb.
Belə ki, Vaşinqton ştatının hakimi Ceyms Bozberq, Trampın imzaladığı fərmanı saatlar sonra dondurub. O, "Yad Düşmənlər Qanunu"nun tətbiqi ilə bağlı ona təqdim edilən iddiada şikayətçi tərəfi haqlı sayaraq, miqrantların məhkəməsiz deportasiya olunmasını dayandırıb.
Hakim Bozberq həmçinin göstəriş verib ki, bu qanun çərçivəsində deportasiya edilən şəxslər də əgər təyyarədədirlərsə, dərhal ABŞ-a geri qaytarılsınlar.
Məlumat üçün bildirək ki, "Yad Düşmənlər Qanunu", 1812 Müharibəsi, I Dünya Müharibəsi və II Dünya Müharibəsi zamanı "düşmən" sayılan xarici vətəndaşların ABŞ-dan dərhal çıxarılmasına imkan yaradan fövqəladə səlahiyyətlər verib.