London Ramazan bayramı iftar mərasimi

Londonun tarixi Guildhall binasında kütləvi iftar proqramı keçirilib

BAKI, TurkicWorld

XV əsrdə tikilmiş binanın əsas zalında təşkil edilən iftarda müxtəlif millətlərdən olan müsəlmanlarla yanaşı, başqa din və inancların nümayəndələri də daxil olmaqla 600-dən çox insan iştirak edib.

TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki,İngiltərədə ənənə halını almış “Ramazan Çadırı Layihəsi” tədbiri çərçivəsində paytaxt Londondakı tarixi Guildhall binasında kütləvi iftar proqramı təşkil olunub.

Ramazan Çadırı Layihəsi Məsləhət Şurasının üzvlərindən Dowshan Humzanın aparıcılığı ilə keçirilən proqramda İndoneziyanın Londondakı səfiri Desra Percaya və London polis rəisi Umer Khan ilə yanaşı, çıxış edən bir çox qonaq da iştirak edib.

İftardan əvvəl tarixi binada azan oxunub, dualar edilib. Proqrama qatılanlar xurma ilə iftar edib, daha sonra camaatla namaz qılıblar.

Mövzuya görə xəbərlər