Son dəqiqə

BMT Çin İordaniya humanitar yardım Qəzza

Çinin Qəzzaya humanitar yardımı İordaniyadan yola düşüb

Bakı, TurkicWorld

Çin hökumətinin Qəzza zolağına göndərdiyi təcili humanitar yardımın ilk partiyası bu gün İordaniyanın şimal-mərkəzində yerləşən Zərqa qubernatorluğundan yola salınıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ümumilikdə 60 min ərzaq bağlamasından ibarət olan yardım karvanı İordaniya Haşimilər Krallığı Yardım Təşkilatı (JHCO) tərəfindən təşkil edilib. Yardım karvanının altı qrup şəklində İordaniya üzərindən Qəzza zolağına çatdırılması planlaşdırılır.

Məlumata görə, karvanın daşıdığı ləvazimatların ilk partiyası Qəzzada Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) və Fələstin Qızıl Aypara Cəmiyyəti tərəfindən ehtiyacı olan insanlara paylanacaq.

Qeyd edək ki, bu humanitar yardım Çinin bölgədəki humanitar böhranın azaldılmasına verdiyi dəstəyin bir hissəsidir və Qəzza zolağında yaşayan mülki əhalinin təcili ehtiyaclarının qarşılanmasına yönəlib.

Mövzuya görə xəbərlər