Son dəqiqə

İsrail ABŞ etiraz aksiyası Donald Tramp Qəzza zolağı Benyamin Netanyahu Yaxın Şərq

ABŞ-dakı yəhudi aktivistlərdən Trampın Qəzza planına etiraz

Bakı, TurkicWorld

ABŞ prezidenti Donald Trampın, İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə Qəzzə zolağında etnik təmizləmə apararaq minlərlə fələstinlini fərqli ölkələrə yerləşdirmək planı ABŞ-da yaşayan yüzlərlə haham tərəfindən etirazla qarşılanıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Amerikada yaşayan yəhudi liderlər və aktivistlər, Trampın Netanyahu ilə Qəzzəni ələ keçirmək və yenidən inkişaf etdirmək barədə razılaşmasını etnik təmizləmə kimi qiymətləndirərək ABŞ miqyasında etiraz aksiyası keçiriblər.

Yüzlərlə aktivist “Yəhudi xalqı etnik təmizləməyə YOX deyir” deyərək, 7 oktyabr 2023-cü ildən bəri Qəzza xalqının yaşadığı dəhşətli vəziyyətin daha da ağırlaşacağına işarə edərək, fələstinlilərin Misir, Livan və İordaniya kimi ölkələrə köçürülməsi təklifinə qarşı çıxıblar.

350 yəhudi din adamı və aktivist New York Times qəzetində elan verərək Trampın planını açıq şəkildə pisləyib.

Hahamlar bildiriblər ki, Trampın İsrail və HƏMAS arasındakı münaqişədən sağ çıxan Qəzza əhalisinə qarşı planlaşdırdığı zorakılıq, 1948-ci ildə Nəkbə (Böyük Faciə) Günü ilə eynilik təşkil edir. Həmin dövrdə sionistlər fələstinliləri məcburi şəkildə evlərindən çıxarıb, fələstin mədəniyyətini və kimliyini məhv etməyə çalışmışdı.

İsrailin beynəlxalq hüququ dəfələrlə pozduğu vurğulanıb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 7-ci maddəsinə əsasən, etnik təmizləmə, məcburi deportasiya və repressiya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilir.

Bundan əlavə, Cenevrə Konvensiyasının 49-cu maddəsi silahlı münaqişələr zamanı mülki şəxslərin zorla köçürülməsini qadağan edir.

Amerika Yəhudi Komitəsinin və Dinlərarası Münasibətlər Şöbəsinin keçmiş direktoru Haham David Rozen bildirib ki, Dünya, Trampın bu planının tamamilə qəbuledilməz olduğunu bilməlidir.

Tramp Tanrı deyil və fələstinlilərin şərəfini əllərindən ala bilməz, ya da sadəcə bir daşınmaz əmlak sövdələşməsi üçün torpaqlarını oğurlaya bilməz. Trampın fələstinliləri Qəzzadan etnik təmizləmə istəyi mənəvi baxımdan iyrəncdir. Yəhudi liderlər Trampın bu zorakı köçürmə və fəlakətdən mənfəət əldə etmə planlarını qətiyyətlə rədd etməli və bu dəhşətli cinayəti dayandırmaq üçün hərəkətə keçməlidirlər”, - deyə haham Yosef Berman qeyd edib.

Xatırladaq ki, Tramp son iki həftədə təəccüb doğuran bir təklif irəli sürərək ABŞ-ın Qəzza zolağını nəzarətə götürəcəyini, dağıdılmış əraziləri yenidən quraraq onları "Yaxın Şərqin Rivierasına" çevirəcəyini bildirmişdi. O, fələstinlilərin başqa yerə köçürülməsini təklif etsə də, onların geri qayıtması üçün heç bir plan təqdim etməyib. Bu təklif həm regional, həm də beynəlxalq səviyyədə geniş etirazlarla qarşılanıb və ərəb ölkələrinin ortaq mövqe sərgiləməsinə səbəb olub.

Mövzuya görə xəbərlər