Məsud Pezeşkian

Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi ikitərəfli münasibətlərin inkişafına təkan verəcək– Pezeşkian

Bakı, TurkicWorld

İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdarşlıq Sazişi ikitərəfli münasibətlərin inkişafına təkan verəcək.

TurkicWorld-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti Vladimir Putinlə Moskvada təkbətək görüşdə deyib.

Onun sözlərinə görə, Rusiya ilə hərtərəfli əlaqələrin inkişafı İran üçün vacib dərəcədə əhəmiyyətlidir. İran və Rusiya arasında imzalanacaq saziş iki ölkənin fəaliyyətinin bütün sahələrini, o cümlədən mədəniyyət, iqtisadiyyat, eləcə də humanitar əlaqələrini əhatə edir.

"Əminəm ki, ikitərəfli münasibətlərin inkişafına kömək edəcək və bu, gələcəkdə daha da irəliləyiş üçün möhkəm zəmin olacaqdır. Əslində bizim təkcə regionda, beynəlxalq arenada deyil, həm də ikitərəfli qarşılıqlı əlaqələr baxımından, eləcə də ticarət dövriyyəsinin inkişafı önəmlidir. Bütün bunlar bizi həqiqətən sevindirir.

Moskva və Tehran arasında əldə edilmiş bir sıra anlaşmalar və mövcud razılaşmalar İranda bir daha nəzərdən keçirilib. Mövcud olan hər bir kiçik səhvi və gecikmələri aradan qaldırmağa çalışdıq.

Şadam ki, həmkarlarımız, nazirlərimiz, ekspertlərimiz hələ də gündəmdə olan bütün məsələləri müzakirə edirlər. Əminəm ki, bu gün onlar bu məsələləri necə irəli apara biləcəkləri barədə razılığa gələcəklər. Rusiya Federasiyası ilə ikitərəfli münasibətlər strateji, mühüm və hərtərəfli xarakter daşıyır", - deyə o qeyd edib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian bu gün yüksək səviyyəli heyətin müşayiəti ilə Rusiyaya səfər edib.

Mövzuya görə xəbərlər