Son dəqiqə

Əhməd Salih Hələbi

Dünyanın Qibləsi Məkkə tarixini işıqlandıran bir saytdır

Bakı, TurkicWorld\ArabAz

Məkkə əhalisi onun tarixini sənədləşdirməyə və qeyd etməyə, irsini və sakinlərinin adət-ənənələrini qorumağa can atırlar və buna ciddi önəm verirlər.Əvvəllər bu irs şifahi olaraq ötürülürdüsə də ,elektron texnologiyaların və sosial medianın inkişafı ilə fəaliyyətə başlamasının iyirmi üçüncü ildönümünü bu günlərdə qeyd edən “Qiblə əl-Dünya” elektron internet saytı yaradılıb.

Sayt Məkkədə baş verən ən önəmli hadisələri işıqlandırmaqda olduqca unikaldır və demək olar ki,bu sahədə ixtisaslaşmış yeganə resursdur.
Sayta Məkkə haqqında və bu ecazkat şəhərdə baş verən tarixi hadisələr haqqında, eyni zamanda Məkkənin təbiəti haqqında oxuculara olduqca dəqiq məlumat verir. Bu saytda eyni zamanda, Məkkə əhalisinin adət-ənənələri, ləhcələri və ənənəvi atalar sözləri və öz dövrlərində dünyada tanınan və məkkəli olan görkəmli şəxsiyyətlərinin həyatları haqqına məlumatları əldə etmək olar.

Saytın maraqlılığı təkcə bununla məhdudlaşmır, əksinə saytda üzvlük var ki, onlarla bir çox tarixi yerlərə və muzeylərə səfərlər təşkil olunur.

Bu yaxınlarda “Qiblah Al-Dunya Club”ın rəhbəri Həsən Məkkəvi və onun müavini Usamə Bamalimin rəhbərliyi altında Məkkə şəhərində yerləşən Beynəlxalq Peyğəmbərin Bioqrafiyası Muzeyinə səfər təşkil olundu. Klub üzvləri səfər zamanı tanınmış bələdçi olan Fayez Əbdül Rəhman Kansaranın təqdimatında muzey ilə tanış oldular. Bu səfər əsl bayram əhval-ruhiyyəsi yaratmışdı.

Muzey bir çox bölmələri uca Allahın adları ilə bəzədilib. Muzeydə eləcə də Peyğəmbəri-əkrəmin otağının memarlıq mərhələlərini nümayiş etdirən bölmələri də mövuddur.

Bu möhtəşəm muzey sadəcə Məkkə və Mədinədə deyil, eyni zamanda Səudiyyə Krallığından kənarda Mərakeş Krallığında filialı var. Məkkədəki muzey sahəsi təxminən üç min kvadratmetrdir.

Muzey ümumən İslam tarixi və xüsusilə də Peyğəmbərin həyatını əsk edirən təqdimatlarla tanınır.

Mövzuya görə xəbərlər