Bakı, TurkicWorld/ ArabAz
ƏHMƏD SALİH HƏLƏBİ
Müqəddəs Kəbənin örtüyü qızıl sapdan hazırlanmış Qurani-Kərimdən ayələr həkk olunmuş qara ipək parçasıdır.Bu üzlük hər il dəyişir.
Peyğəmbər hicrətin 9-cu ilində Məkkəni fəth etdikdən sonra onu Kəbəninn örtüyünü Yəməndən gətirilən qumaqşla örtmüşdü.
Örtüyün alınması xərcləri müsəlmanlar üçün ənənəvi olan Beytül-Mal xəzinəsindən xərclənir.
Belə də rəvayət olunur ki, Peyğəmbər Kəbənin fəthdən əvvəl onunla örtülmüş köhnə örtüyünü saxlamış ,onu yenisi ilə əvəz etməmişdi.
Lakin daha sonra örtüyü buxur ətrinə verən bir qadın bu örtüyü yandırır və bu hadisədən sonra Peyğəmbər bu örtüyü yenisi ilə. Daha doğrusu Yəməndən gətirilən örtük ilə əvəz etmişdi.
Daha sonra Kəbəninn örtüyü “Raşidi Xəlifələr” tərəfindən – Əbu Bəkr,Ömər, Osman tərəfindən dəyişdirildi.
Daha sonra da Kəkənin örtüyü Əməvi və Abbasi sülalələrinin xəlifələri və sultanları tərəfindən dəyişdirildi.
Hər il həcc mövsümündə zəvvarlar Ərəfatda fədakarlıq üçün dua edərkən , Məkkədə fərqli bir həyəcan yaşanır. 210 nəfərlik qrup Kəbənin örtüyünü tikiş-tikişlə hazırlayır və əllərində ehtiyatla apardıqları örtüyü yerinə qoymaq üçün Kəbədə gözləyən komandaya çatdırır .
İslamdan əvvəlki dövrlərdə Kəbənin üzərini kisvə, hizz, burud, hubur və anmat adlanan parçalardan istifadə edirdilər . Bu parçaların ən fərqləndirici xüsusiyyəti onların qurbanlıq heyvanların üzərinə örtülməsi idi.
O dövrdə Kəbəni örtmək vəzifəsi ərəblər arasında şərəf və fəzilət baxımından ən üstün insanların vəzifəsi kimi görünürdü.
Müqəddəs Kəbənin örtüyünün dəyişdirilməsi prosesi ilk olaraq, fabrikdə biyama ilə başlayuır.Fabrikin boyama sexinə dünyanın ən gözı və bahaı ipəyi gətirilir və burada boyanır. Adətən Kəbənin örtüyü üçün istifadə edilən ipək, İtaliyadan idxal edilir.
Fabrikdə boyana ipək örtük, gümüş və qızıl saplarla işlənir. Örtüyün ilkin versiyası hazır olduqdan sonra, ən vacib mərhələyə keşilir.
Daha doğrusu əvvəlcə müxtəlif sıxlıqda olan pambıq saplar xətlərin və bəzəklərin üzərinə qızıl saplarla işləmələr edilir. Bu əslində olduqca unikal bir iş prosesidir.
NAxışlama prosesi bitdikdən sonra ümumilikdə uzunluğu 1-2.5 metr olan möhtəşəl əl işi olan Kəbənin örtüyü demək olar ki, tam hazır olur.
Kəbə örtüyünün üzərində ecazkar ərəb xəttinin və xəttatlıq nümunələrinin əks olunduğunu görmək olar.
Ümumi sahəsi 658 kvadratmetr olan Kəbə örtüyünün toxunmasında bu gün təxminən 670 kiloqram xalis ipək, 120 kiloqram gümüş və qızıl istifadə olunur.
İstehsalın bütün mərhələləri başa çatdıqdan sonra “Kəbə Kisvə Fabrikində” ( Örtük istehsal olunan fabrik) hər il şənlik keçirilir.