Son dəqiqə

Əhməd Salih Hələbi

Səudiyyə-Azərbaycan əlaqələrində artım və inkişaf

Bakı,TurkicWorld

Əhməd Salih Hələbi, Xüsusi olaraq ArabAZ üçün

Qəzet səhifələrini vərəqləyərkən, yenicə müstəqillik qazanmış ölkələr haqqında oxuduqca , 1918-ci il mayın 28-də ilk demokratik, hüquqi və dünyəvi dövlət kimi qurulan Azərbaycan Cümhuriyyətinin 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyini bərpa etməsi faktı məni olduqca sevindirdi.

Daha sonra da öyrəndim ki, 1993-cü ildə isə Heydər Əliyev də xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqillik əldə etdikdən sonra ilk illərdə Azərbaycanı parçalanmadan, çevrilişlərdən, xaos və anarxiyadan xilas etmək, xalqa yeni və firavan həyat bəxş etmək üçün olduqca böyük işlər görüb.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, İslam dünyası ilə əlaqələrin inkişafına hər zaman töhfə verən Səudiyyə Ərəbistanı Krallığı “Qafqazın İncisi”- Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb və iki ölkə arasında 24 fevral 1992-ci ildə diplomatik əlaqələr qurulub.

Heç şübhəsiz iki ölkə arasında diplomatic münasibətlərin qurulması ilk növbədə qardaş xalqların maraqları daxilində olub. Bu gün pik həddə olan iki qardaş ölkə arasında münasibtlərin daha da dərinləşməsi üçün atılan səylər 1992-1999-cü illərə təsadüf edir.
Azərbaycanın xarici işlər naziri 1992-ci ildə Səudiyyə Ərəbistanı Krallığına səfər edib, bundan sonra Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi 1994-cü ilin aprelində fəaliyyətə başlayıb.

Krallığın səfiri 1994-cü il noyabrın 21-də ölkəsinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili kimi Türkiyədə olub. 1999-cu ilin iyununda isə, Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyi açılıb.
Qarşılıqlı atılan addımlar iki Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin daha da dərinlışməsinə və strateji xarakter almasına təkan verib.
1994-1999-cu illər arasında Kral Fəhd Yardım Proqramı çərçivəsində Ermənistan işğalı nəticəsində öz yurdlarından qaçqın düşən azərbaycanlılar üçün dərman və humanitar yardımla dəstəklənməsi prosesi başlayıb. 2000-ci ilin yanvarında Beynəlxalq İslami Yardım Təşkilatı 957 min 385 Səudiyyə riyalı dəyərində yardım göndərib.

Səudiyyə Ərəbistanı Krallığı 1994-cü il sentyabrın 20-də imzalanmış Əsrin Müqaviləsinə töhfə verib. Səudiyyə Delta Hess şirkəti Əsrin Müqaviləsindəki səhmlərin 2,72%-nə sahibdir.

Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası Hökuməti 2002-ci il dekabrın 28-də Azərbaycan hökumətinə orta məktəb binalarının tikintisi layihələrinin həyata keçirilməsi üçün 35,7 milyon rial məbləğində kredit ayrılması haqqında qərar qəbul edib.

İki dövlət arasında olan əlaqələrin tempi bununla bitmir. 2006-cı il fevralın 1-də Səudiyyə Ərəbistanı hökuməti Azərbaycanın Tərtər və Ağstava rayonları ərazilərində minaların və döyüş sursatlarının təmizlənməsi layihəsini həyata keçirmək üçün 50 min ABŞ dolları məbləğində vəsait ayırıb.

Abşeron su təchizatı və drenaj sisteminin yaradılması və genişləndirilməsi məqsədilə Səudiyyə Krallığı, 2009-cu ildə Azərbaycana 25 milyon dollar məbləğində kredit ayırıb.

Bundna əlavə 2005-ci ildə iki ölkə arasında Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikintisi layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon ABŞ dolları məbləğində kredit sazişi və Səudiyyə Ərəbistanı Hökuməti arasında birgə investisiyaların təşviqi və qorunması haqqında saziş imzalanıb.

2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Palataları Federasiyası ilə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında Səudiyyə Ərəbistanı-Azərbaycan birgə komitəsinin yeddinci sessiyası çərçivəsində Səudiyyə Ərəbistanı- Azərbaycan Biznes Şurasıda keçirilib.

Tərəflər arasınd aimzalanan bu müqavilə iki ölkənin və biznes sektorlarının ticarət və investisiya mübadiləsinin həcmini artırmaq istəyini əks etdirir, çünki Birgə İşgüzar Şura Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin təşviqi və genişləndirilməsi sahəsində sistemli şəkildə bir çox kommersiya və təşviqat fəaliyyəti həyata keçirəcək.

Ticarət və iqtisadi əməkdaşlıq, həmçinin Səudiyyə Ərəbistanı və Azərbaycan iş adamlarına öz fəaliyyətlərini tanıtmaq və təşviq etmək və kommersiya tərəfdaşlığı qurmaq üçün bir platforma təmin edəcək və Səudiyyə və Azərbaycan biznes sektorları arasında davamlı qarşılıqlı əlaqəni asanlaşdıracaq.

Döblətlər arası münasibətlərdən danışarkən ticarət dövriyyəsi mütləq şəkildə vurğulanmalıdır. Tərəflər arasında ticarət dövriyyəsi də artır. Belə ki , Səudiyyə Krallığı ilə Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 2020-ci ildə (13,4) milyon dollara, 2021-ci ilin ilk on ayında (15,7) milyon dollara çatıb.

Qeyd edim ki, Azərbaycan xarici işlər nazirinin müavini 2023-cü ilin dekabrında Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Əl-Valid bin Əbdül Kərim Əl-Xuraici ilə görüşündən sonra Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzetinə verdiyi açıqlamada ticarət dövriyyəsinin arzuolunan səviyyədə olmamasını bildirib.

“Məncə, iki ölkə arasında ticarətin həcmi əlaqələrimizin səviyyəsini əks etdirmir. İki ölkə arasında ticarət dövriyyəsi illik 26 milyon dollar təşkil edir. Bu, əlbəttə ki, arzu olunan səviyyə olsa da, son bir neçə ildə investisiya sahəsində əməkdaşlıq artmaqda davam edir.Səudiyyə Ərəbistanında yerləşən Aqua Power şirkətinin 2025-ci ildə Azərbaycanda külək enerjisi sektoruna sərmayə qoyacağını açıqlayan Rəfiyev, “Kiçik enerji sərmayəsi ilə elektrik stansiyası layihəsi açacağıq. “Bizim eyni şirkətin iştirakı ilə Azərbaycanda, əsasən, enerji sahəsində başqa layihələrimiz də olacaq”, – deyə o bildirib.

“İki ölkə arasında güclü və dərin köklü əlaqələr var. Biz beynəlxalq təşkilatlar çərçivəsində, bir çox təşəbbüslərdə bir-birimizi dəstəkləmişik. Məsələn, biz Səudiyyə Ərəbistanının Expo 2030-a ev sahibliyi etmək təklifini və 2034-cü ildə FIFA Dünya Kubokuna ev sahibliyi etmək təşəbbüsünü dəstəklədik.”

O qeyd edib ki, həmkarı, Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Hireyci ilə ikitərəfli gündəliyə dair müxtəlif məsələləri müzakirə edib.

2023-cü ilin mayında Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan hökumətləri arasında enerji sahəsində əməkdaşlıq sazişi də imzalayıblar. Bura müxtəlif sektorlarda karbohidrogenlərdən innovativ istifadənin inkişaf etdirilməsi, universitetlər və tədqiqat mərkəzləri ilə birgə tədqiqatların aparılması, enerji sahəsi ilə bağlı təcrübə və məlumat mübadiləsi sahəsində əməkdaşlıq daxildir.

Turizm sahəsində əməkdaşlıq da durmadan inkişaf edir. Azərbaycan səudiyyəlilərin səfər etdiyi turistik ölkələrindən birinə çevrilib. 2023-cü ilin aprel ayında Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb.

Təbii ki, İslam dünyasının önəmli olkələrindən olan Səudiyyə Ərəbistanı və Azərbaycan əlaqələri hər sahadə bundan sonra da inkişaf edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinə çatdırmağı xahiş edib.

Söhbət zamanı iki ölkə arasında xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin fəaliyyəti müzakirə olunub.

Sədiyyə Ərəbistanı Azərbaycan əlaqələri düşünüldüyünün əksinə , olduqca köklü və strateji xarakter daşıyır.

Mövzuya görə xəbərlər