Son dəqiqə

İsrail Almaniya Tel-Əviv

Alman aviaşirkəti Təl-Əvivə uçuşların ləğvini uzadıb

Bakı,TurkicWorld

Alman aviaşirkəti Lufthansa, Tel-Əvivə uçuşların ləğv edilməsini 31 yanvar 2025-ci ilə qədər uzadıb.

TurkicWorld xəbər verir ki, Eurowings, Swiss, Brussel və Austrian Airlines şirkətlərinə sahib olan Lufthansa Qrupu Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Tel-Əvivə uçuşların ləğvi müddətini 31 yanvar 2025-ci ilə qədər uzadıb.

Lufthansa Qrupundan verilən açıqlamada, Yaxın Şərqdəki son hadisələrlə əlaqədar uçuş planında yeniləmənin edildiyi bildirilib.

Açıqlamada Tel-Əviv uçuşlarının 31 yanvar 2025-ci il tarixinə qədər dayandırıldığı bildirilərkən, bu vəziyyətdən təsirlənən sərnişinlərin pulsuz olaraq daha sonrakı səyahət tarixinə yenidən bron edə və ya alternativ olaraq bilet haqqını tam geri ala biləcəkləri qeyd edilib.

Lufthansa Group daha əvvəl İranın paytaxtı Tehrana 31 yanvar 2025-ci il tarixinə, Livanın paytaxtı Beyruta isə 28 fevral 2025-ci il tarixinədək uçuşların ləğv edildiyini açıqlamışdı.

İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlığına görə, Lufthansa son vaxtlar Yaxın Şərqə uçuşların ləğvini bir neçə dəfə uzadıb.

Mövzuya görə xəbərlər