Son dəqiqə

Türkiyə İsrail

Türkiyədən İsrailə tanker göndərilməsi iddiası əsassızdır - Rabitə İdarəsi

Bakı,TurkicWorld

Türkiyə Rabitə İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) bəzi sosial media hesablarında yayılan "Türkiyədən kimyəvi yüklü tankerin İsrailin Hayfa limanına doğru getdiyi" iddiasını təkzib edib.

TurkicWorld xəbər verir ki, bu barədə mərkəzin sosial media hesabında açıqlama verilib.

Mərkəzdən paylaşılan açıqlamada, TRANS FJORD adlı gəminin(Panama bayraqlı)noyabrın 22-də Belçikadan Türkiyənin Yalova limanına gəldiyi bildirilib.

Gəmi "buzlu sirkə turşusu" və "vinil asetat və digər vinil polimerləri" daxil olmaqla yüklərini boşaldıb.

Noyabrın 25-də isə gəminin boş halda yola çıxması barədə təsdiq edilmiş bildiriş mövcuddur.

DMM bu məlumatın ictimaiyyəti manipulyasiya etmək məqsədi daşıyan əsassız bir iddia olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər