Son dəqiqə

Qırğızıstan Macarıstan Akılbek Japarov Viktor Orban

Akılbek Japarov Viktor Orban ilə görüşüb

Bakı,TurkicWorld

Qırğızıstanın Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov Qırğızıstan Respublikasına rəsmi səfərə gələn Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın geniş spektrini və müxtəlif sahələrdə, o cümlədən investisiya, enerji, infrastruktur və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Akılbek Japarov bir gün əvvəl Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov və Viktor Orban arasında baş tutan danışıqların əhəmiyyətini vurğulayıb və bu danışıqlarda mühüm ikitərəfli sənədlərin, o cümlədən Birgə Bəyannamənin imzalandığını qeyd edib.

Akılbek Japarov, həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayaraq, bu qurumun 11-ci Zirvə Toplantısının tezliklə Bişkekdə işə başlayacağını, Qırğızıstanın sədrlik estafetini üzərinə götürdüyünü diqqətə çatdırıb.

O, Viktor Orbanın qarşıdan gələn sammitdə iştirakına görə minnətdarlığını bildirib.

Öz növbəsində Viktor Orban Qırğızıstan və Macarıstanın bir çox məsələlərə, o cümlədən hərtərəfli əlaqələrin möhkəmləndirilməsinə, eləcə də ticarət-iqtisadi və investisiya əməkdaşlığının inkişafına dair baxışlarının oxşar olduğunu qeyd edib.

Tərəflər Qırğızıstan və Macarıstan arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Bundan əlavə, Macarıstanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyi nəzərə alınmaqla Qırğızıstan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər