Son dəqiqə

Indoneziya Apple

İndoneziya iPhone 16 satışını dayandırıb

Bakı,TurkicWorld

İndoneziya Apple şirkətinə məxsus iPhone 16 smartfonlarının satışını dayandırmaq qərarına gəlib.

TurkicWorld xəbər verir ki, buna səbəb şirkətin ölkədə biznes fəaliyyəti üçün zəruri investisiya tələblərinə cavab verməməsidir.

Qadağa yalnız iPhone 16 telefonlarına aiddir və digər Apple məhsullarına şamil edilmir. İndoneziya sənaye nazirliyinin bəyanatına görə, şirkətin yerli bölməsi 1,71 trilyon İndoneziya rupisi (təxminən 108,7 milyon dollar) məbləğində investisiya öhdəliklərini yerinə yetirə bilməyib. Hazırda şirkətin investisiya həcmi tələb olunan səviyyədən 240 milyard rupi azdır.

İndoneziya qanunvericiliyi yerli iqtisadiyyatı dəstəkləməyə və onun idxaldan asılılığını azaltmağa yönəlib. Mövcud tələblərə görə, xarici şirkətlər öz məhsullarını İndoneziya bazarında sata bilmək üçün investisiya qoymalı və ya yerli işçiləri işə götürməlidirlər.

İndoneziyanın böyük əhalisi və artan gəlirləri səbəbindən ölkə smartfon bazarında istehsalçıların böyük marağına səbəb olur.

Mövzuya görə xəbərlər