Bakı, TurkicWorld
Çinlə suverenlik mübahisəsi olan Tayvanda 4 yeni meymun çiçəyi xəstəliyinin aşkar edildiyi açıqlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Tayvan Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) verdiyi açıqlamada qeyd edilib.
13-19 avqust tarixləri arasında adada 4 yeni yoluxma halının aşkarlandığı bildirilib. Hadisələrin 20-40 yaşlarında olduğu qeyd edilib.
Tayvanda yeni meymun çiçəyi variantının yaratdığı qlobal epidemiya dalğasında aşkar edilən halların sayı 403-ə çatıb.
Qeyd olunub ki, halların 381-i yerli, 22-si isə xarici mənşəli olub.
Xatırladaq ki, 10 ildən artıqdır ki, Afrika qitəsinin şərqində və cənubunda yayılan epidemiya xəstəliyinə səbəb olan virusun yeni ştammının (clade 1b) sürətlə yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqustun 14-də meymun çiçəyini "ictimai sağlamlıq üçün beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət" elan edib.
Hafiz Rufizoğlu