Son dəqiqə

Nigeriya

Nigeriyadakı terror aktları nəticəsində 4500 mülki şəxs həlak olub

Bakı, TurkicWorld

Keçən il Nigeriyanın şimal-şərqində törədilən terror aktları nəticəsində 4500 mülki şəxs həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Regional Ofisinin rəhbəri David Lubari Lominyo deyib.

O, Boko Haramın fəaliyyətlərinin sıx olduğu Nigeriyanın şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində keçən il baş verən terror hücumlarında 4500 mülki vətəndaşın həyatını itirdiyini açıqlayıb.

Lominyo qeyd edib ki, terrorçuların davam edən zorakılıqları və ayrı-seçkiliksiz hücumları səbəbindən mülki əhalinin müdafiəsi əsas narahatlıq olaraq qalır.

Lominyo bildirib ki, hücumlar Adamava, Borno və Yobe əyalətlərində ciddi təhlükəsizlik, humanitar, sosial-iqtisadi və siyasi təsirlərə malik olmaqda davam edir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər