Son dəqiqə

İsrail Misir Qəzza zolağı

Misir İsrail qüvvələrinin Filadelfiya dəhlizindən tamamilə çıxarılmasını istəyir

Bakı, TurkicWorld

Qahirə İsrailin Filadelfiya dəhlizinə və Misirlə Qəzza zolağı arasındakı Rəfah nəzarət-buraxılış məntəqəsində nəzarəti saxlamaq tələblərini rədd edib.

TurkicWorld-in məlumatına görə, bu barədə "Al-Qahera News" televiziya kanalı məlumatlı mənbəyə istinadən bildirib.

Məlumata əsasən, İsrail mediasının Misirin İsrail qoşunlarının sərhəd bölgəsində qalmasına razılıq verdiyini iddia edən xəbərlər "forma və məzmunca yanlışdır".

Qeyd edilib ki, Qahirə İsrail qoşunlarının ərazidən tamamilə çıxarılmasında israrlıdır.

Mövzuya görə xəbərlər