Bakı, TurkicWorld
Avropa İttifaqı (Aİ) bu gün 4,2 milyard avroluq növbəti maliyyə yardımını Ukrayna hökumətinin hesabına köçürüb.
TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bununla da 2024-cü ilin əvvəlindən Aİ tərəfindən ölkəsinə dəstək məqsədilə verilən vəsaitin həcmi 12 milyard avroya çatıb.
Qeyd edək ki, Aİ rəsmi Kiyevə 4,2 milyard avro vəsaitin ayrılması barədə qərarı avqustun 6-da təsdiqləyib.