Bakı,TurkicWorld
Banqladeşdə baş nazir Şeyx Hasinanın istefası tələbi ilə minlərlə insanın keçirdiyi etirazlar zamanı polislə nümayişçilər arasında baş verən qarşıdurmada ölənlərin sayı 99-a çatıb.
TurkicWorld xəbər verir ki, polislər etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edir.
Banqladeşin Baş naziri Şeyx Hasina ordu, donanma, hava qüvvələri, polis və digər qurumların rəhbərlərinin qatıldığı milli təhlükəsizlik toplantısında mitinqlə bağlı açıqlamalar verib.
“Hazırda küçələrdə etiraz edənlər tələbələr deyil, terrorçulardır. Ölkədə sabitliyi pozmağa çalışan vətəndaşlarımıza səslənirəm, bu terrorçuları şiddətlə basdırın”,- deyə nazir bildirib.
Hökumət saat 18:00-dan komendant saatı elan edərkən, ictimai təhlükəsizliyi təmin etmək üçün bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri tətil elan edilib.