Banqladeş

Banqladeşdəki daşqınlar 3 milyon insana təsir göstərib

Bakı, TurkicWorld

Banqladeşin cənub-şərqində leysan yağışlar və çayların səbəb olduğu daşqınlar nəticəsində 3 milyon insan qapalı qalıb.

TurkicWorld xəbər verir ki, dünəndən etibarən 8 bölgədə təsirli olan leysan ölkədə vəziyyəti daha da pisləşdirib.

Feni və Noakhali daşqından ən çox zərər çəkən bölgələr olaraq qeyd edilərkən, bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi də qeydə alınıb.

Yerli sakinlər belə güclü yağışın 1988-ci ildən bəri müşahidə edilmədiyini və "son 37 ilin ən dəhşətli sel fəlakətinin baş verdiyini" bildiriblər.

Dünən leysan yağışlar səbəbindən 1,5 milyondan çox insanın köməksiz vəziyyətdə qaldığı qeyd edilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər