Son dəqiqə

Banqladeş zəlzələ

Banqladeşdəki zəlzələdə ölənlərin sayı 10-a çatıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Banqladeşin paytaxtı Dəkkədə zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 200-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

TurkicWorld, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bundan əvvəl altı nəfərin öldüyü, yüzdən çox insanın yaralandığı məlum idi.

Zərərçəkənlərin çoxunun Qazipur rayonunda yerləşən çoxmərtəbəli tikiş fabrikində yaranan izdiham zamanı yaralandığı bildirilir.

Xatırladaq ki, ötən gün Banqladeşdə 5,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Kəlküttə şəhərində də hiss olunub.

Mövzuya görə xəbərlər