Türkiyə Banqladeş

Banqladeşdəki hadisələri yaxından izləyirik – Türkiyə XİN

Bakı, TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi Banqladeşdə son həftələrdə baş verən hadisələrin yaxından izləndiyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayımlayıb.

“Biz ümid edirik ki, qurulacaq müvəqqəti hökumət ölkəni Konstitusiyaya uyğun seçkilərə aparacaq və keçiriləcək seçkilər qardaş Banqladeşin demokratiyası, sülhü və sabitliyinə töhfə verəcək” – deyə bəyanatda qeyd edilib.

Nazirlikdən verilən yazılı açıqlamada, ölkə daxilində baş verən nümayişlərdə insan itkisinin dərindən kədərləndiyi bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər