Türkiyə

Türkiyədə son bir həftədə 1664 şübhəli saxlanılıb

Bakı, TurkicWorld

81 vilayətdə lisenziyasız silah gəzdirənlərə və silah qaçaqmalçılarına qarşı 1664 şübhəliyə tədbir görülüb.

TurkicWorld xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya, 81 vilayətdə bir həftə ərzində sənədsiz silah daşıyanlara və silah qaçaqmalçılarına qarşı həyata keçirilən “Mercek-27” əməliyyatlarında 1664 şübhəlinin cinayət məsuliyyətinə cəlb edildiyini, 2274 silahın ələ keçirildiyini bildirdi.

Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, ölkə daxilində həyata keçirilən əməliyyatlarda 1100 sənədsiz tapança, 516 boş tapança, 26 uzun lüləli tüfəng və 632 sənədsiz ov tüfəngi olmaqla cəmi 2274 silahın ələ keçirildiyini bildirib.

Mövzuya görə xəbərlər