Banqladeş

Banqladeş baş naziri Şeyx Hasina istefa verib Hindistana getdi

Bakı,TurkicWorld

Banqladeş ordusu baş nazir Şeyx Hasinanın istefasını tələb etdikdən sonra o Dəkkədəki sarayını tərk edərək hərbi helikopterlə Hindistana gedib.

TurkicWorld xəbər verir ki, Şeyx Hasina şiddətli etirazlardan sonra istefa verib.

Qeyd edək ki, Banqladeşdə müstəqillik müharibəsi veteranlarının nəvələrinə və yaxınlarına dövlət vəzifəsində işləmək üçün xüsusi kvotaların ayrılması ilə bağlı keçmiş qərarın yenidən bərpa edilməsi ölkədə ciddi etiraz aksiyalarının başlamasına səbəb olub. Xalq bu qərarı baş nazir Şeyx Hasinanın tərəfdarlarına xüsusi imtiyaz verilməsi kimi başa düşdü.

Tədricən nümayişlər şiddətləndi və internet bağlantısı kəsildi, komendant saatı elan edildi və şəhərə ordu yeridildi. İndiyədək 150-dən çox insan ölüb, minlərlə insan yaralanıb.

Mövzuya görə xəbərlər