Son dəqiqə

İspaniya HÜRJET F-5 təyyarələri

İspaniya F-5 təyyarələrini Hürjetlə əvəz etməyi planlaşdırır

Bakı, TurkicWorld

İspaniya Hərbi Hava Qüvvələri F-5 təyyarələrini Türkiyə istehsalı olan Hürjet ilə əvəz etməyi və donanmasına altı yeni A400M əlavə etməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, hesabata görə, İspaniya strateji nəqliyyat donanmasını genişləndirmək üçün hərbi yüklərin daşınmasına nəzərdə tutulmuş 6 ədəd Airbus A400M təyyarəsinin alınmasını da müzakirə edir.

Bu addım İspaniya Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi prosesinin bir hissəsi kimi qəbul edilərək, hava qüvvələrinin təlim və nəqliyyat imkanlarını artıracaq bir seçim olacağı da ifadə edilir.

Yeni modellərin prototipinin keçən bazar günü Madriddəki Torrejon de Ardoz bazasına eniş etdiyi və bir neçə həftədən sonra İspan heyətinin təyyarə mübadiləsi razılaşması üçün Türkiyəyə gələcəyi də yerli mətbuatda açıqlanıb.

Bununla belə, İspaniya F-5 təyyarələrini dəyişdirməyi və təxmini köhnə 10 A400M-ni məhv etməyi hədəfləyir.

Xəbərdə həmçinin ilkin olaraq 27 A400M təyyarəsi sifariş edildiyi, lakin sonradan yalnız 14-nün istifadə olunacağına zəmanət verildiyi bildirilib.

Qeyd edək ki, Türk Havacılık ve Uzay Sanayii'nin (TUSAŞ) tərəfindən istehsal olunan Hürjet, turbofan mühərriki olan qabaqcıl reaktiv təlim və yaxın hava dəstəyi təyyarəsidir.
Önümüzdəki illərdə “Hürjet”in təyyarə gəmilərinə qalxıb enə bilən variantının istehsala buraxılması da planlaşdırılır.

Mövzuya görə xəbərlər