Son dəqiqə

Nigeriya

Nigeriyada terrorçular yeddi hərbiçini öldürüb

Bakı, TurkicWorld

Boko Haram silahlı qiyamçılarının yuvası olan Borno əyalətində magistral yolda minanın partlaması nəticəsində azı 7 Nigeriya əsgəri həlak olub.

TurkicWorld xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Təhlükəsizlik rəsmisi İsa Bukar, partlayışın patrul xidmətində olan əsgərlərin minanı işə salmasından sonra baş verdiyini və nəticədə onlardan yeddisinin öldüyünü qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər