Son dəqiqə

Fələstin İsrail Sergey Lavrov Rusiya Qəzza zolağı

İsrailin Qəzzada etdikləri kütləvi cəzalandırma üsuludur - Lavrov

Bakı, TurkicWorld

İsrailin Qəzzada etdikləri kütləvi cəzalandırma üsuludur.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında keçirilən mətbuat konfransında deyib.

Lavrov İsrailin Qəzzada etdiklərinin beynəlxalq humanitar hüquqa zidd olan kollektiv cəza olduğunu bildirib.

“Beynəlxalq ictimaiyyətin Qəzzədəki vəziyyətə reaksiya vermədiyinə” işarə edən Lavrov BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı heç bir qətnaməsinin icra olunmadığını vurğulayıb.

“Başqa pozuntulara yol verməklə pozuntu ilə mübarizə aparmaq olmaz” – deyə o bildirib.

Lavrov həmçinin BMT baş katibinin ofisini “ikili standartlar” tətbiq etməkdə ittiham edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər