Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrail Türk-Fələstin Dostluq Xəstəxanasını hədəfə alıb

Bakı, TurkicWorld

İsrail Türk-Fələstin Dostluq Xəstəxanasını hədəfə alıb.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

"İsrail Türk-Fələstin Dostluq Xəstəxanasını hədəfə alıb. Bu, Qəzzada xərçəng xəstələrini müalicə edə biləcək yeganə mərkəz idi.” – deyə o bildirib.

Düjarrik Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu məsələ ilə bağlı bəyanatını qəbul etdiklərini və səhiyyə müəssisələrinə hücumlara qarşı olduqlarını bildirib.

"Xəstəxanalar və səhiyyə müəssisələri heç vaxt münaqişə zonası olmamalıdır." – deyə BMT sözçüsü vurğulayıb.

Humanitar yardıma ehtiyacı olan minlərlə insana çata bilmədiklərini ifadə edən Dujarrik, Qəzza şəhərindən çox sayda insanın evlərindən didərgin düşdüyünü də bildirib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər