Bakı,TurkicWorld
Hizbullah Livanın cənubundan terror dövləti İsrailin sərhədində yerləşən hərbi bazaya raket hücumları təşkil edib.
TurkicWorld xəbər verir ki, bu barədə Hizbullah-dan açıqlama verilib.
Açıqlamada İsrailin sərhəd xəttində yerləşən Branit Hərbi Bazasının raketlərlə hədəf alındığı bildirilib.
Qeyd edək ki, 8 oktyabr 2023-cü ildən bəri Livanın cənubundakı sərhəd xəttində İsrail ordusu ilə toqquşmalar nəticəsində 369 Hizbullah üzvü həlak olub.