Son dəqiqə

NATO ABŞ Şimali Koreya

NATO və Amerika dünya sülhü üçün ən böyük təhdiddir

Bakı, TurkicWorld

NATO və Amerika dünya sülhü üçün ən böyük təhdiddir.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Şimali Koreya, NATO sammiti tərəfindən Pxenyanı Rusiyanın Ukraynaya qarşı müharibəsinə töhfə verməkdə ittiham edən bəyanatı pisləyib.

“ABŞ-ın NATO üzvləri, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Asiya tərəfdaşları ilə hərbi bloklarını genişləndirmək istiqamətində atdığı addımlar regional sülhü ciddi şəkildə təhdid edən, beynəlxalq təhlükəsizlik mühitini əhəmiyyətli dərəcədə pisləşdirən və qlobal silahlanma yarışını alovlandıran addımlardır.” – deyə bəyanatda qeyd edilib.

Məlumat üçün qeyd edək ki, NATO liderləri Şimali Koreya və İranı Moskvaya hərbi dəstək verməklə Rusiya müharibəsini dəstəkləməkdə ittiham ediblər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər