Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı

İsrailin Qəzzaya hücumu zamanı daha bir jurnalist həyatını itirib

Bakı, TurkicWorld

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.

TurkicWorld xəbər verir ki, bu barədə Hökumətin Qəzzadakı media bürosundan verilən yazılı açıqlamada qeyd edilib.

Fələstinin El'an Xəbər Agentliyində çalışan jurnalist Muhammed Manhal Abu Armane-nin İsrail ordusunun həyata keçirdiyi hücumlarda həyatını itirdiyi bildirilib.

Açıqlamada, 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayının 159-a yüksəldiyi vurğulanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər