Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd

Ərdoğan və Əsəd Ankarada görüşəcəkmi?

Bakı, TurkicWorld

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin Türkiyəyə hər an dəvət oluna biləcəyini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Ərdoğan Berlindən qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərə danışıb.

“Biz Suriya prezidenti Bəşər Əsədlə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atdığı məqama çatmışıq”-deyə Ərdoğan bildirib.

O, Ankaranın Türkiyə-Suriya münasibətlərinin “keçmişdə olduğu nöqtəyə” qayıtması arzusunu vurğulayıb və “Bizim Əsədə çağırışımız hər an baş verə bilər”-deyib.

Mövzuya görə xəbərlər