Son dəqiqə

ABŞ Co Bayden Donald Tramp

Bayden prezidentlik yarışından geri çəkiləcək – Tramp

Bakı, TurkicWorld

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd olan Donald Tramp rəqibi Co Baydenin prezidentlik yarışından çəkiləcəyini iddia edib.

TurkicWorld xəbər verir ki, Tramp Baydenin debatda zəif nəticə göstərdiyini, özünün isə debatda əla performans ortaya qoyduğunu qeyd edərək, Baydeni qoca adlandırıb.

“Bayden prezidentlik yarışından gedir. Sadəcə Kamala Harris qalacaq. O yaxşı namizəddir amma acınacaqlı vəziyyətdədir”, – deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Bayden, Trampla etdiyi debatda zəif nəticə göstərməsinə görə tənqidlərə məruz qalıb. Bu debatdan sonra, Demokrat Partiyasının tərəfdarları Baydenin prezidentlik yarışından geri çəkilməli olduğunu düşünməyə başlayıblar.

Mövzuya görə xəbərlər