Son dəqiqə

ABŞ TOBB

Türkiyədə qurulan ABŞ şirkətlərinin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-avqust ayında Türkiyədə ABŞ kapitalı ilə 67 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53 şirkət azdır.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 67 milyon 829 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 111 milyon 255 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-avqust ayında ABŞ şirkətlərinin əksəriyyəti İstanbulda (52) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən ABŞ şirkətlərinin ümumi kapitalı 59 milyon 529 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-avqust ayında Türkiyədə ABŞ kapitalı ilə 24 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Mövzuya görə xəbərlər