Bakı. TurkicWorld:
Nigeriya Milli Neft Şirkəti (NNPCL) son bir həftə ərzində ölkədə qaçaqmalçılıq yolu ilə əldə edilmiş xam neftin qeyri-qanuni emal edildiyi 165 obyektin məhv edildiyini açıqlayıb.
TurkicWorld xəər verir ki, NNPCL Qrupunun İcraçı Direktoru Mele Kyari verdiyi açıqlamada, son bir həftədə ölkənin neft bölgəsi olan Niger Deltasında həm dövlət, həm də özəl təhlükəsizlik agentlikləri tərəfindən təxminən 400 neft oğurluğu və vandalizm hadisəsi aşkara çıxardıqlarını bildirib.
Kyari qeyd edib ki, NNPCL və Nigeriya ordusu Niger Deltasında əməliyyatlara davam edir.
Əməliyyatlar zamanı 165 qeyri-qanuni neft emalı zavodunun məhv edildiyini bildirən Kyari, 39 qeyri-qanuni boru xətti bağlantısının da ləğv edildiyini əlavə edib.
Qeyd edək ki, Nigeriyalı senator Ned Nvoko ötən il ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar nəticəsində 3 milyard dollardan çox zərərin baş verdiyini açıqlamışdı.